6 C
Baku
21 Dekabr 2025, 9:01
Digər

Süni intellekt “gizli” geotermal enerji yatağı tapdı

ABŞ-ın Zanskar Geothermal and Minerals şirkəti süni intellektin (AI) dəstəyi ilə Nevada ştatının qərbində son 30 ildə ilk dəfə kommersiya baxımından əlverişli “gizli” geotermal sistem aşkarlandığını açıqlayıb.

Şirkət bildirir ki, həmin ərazidə səthdə heç bir geotermal əlamət – qaynar bulaq və ya buxar – olmadığı üçün yatağın müəyyən edilməsi yalnız modelləşdirmə və AI analizləri ilə mümkün olub.

Rəsmi məlumata görə, “Big Blind” adlandırılan yataqda qazılan quyulardan biri təxminən 820 metr dərinlikdə 121°C temperaturda və enerji istehsalı üçün uyğun su qatı üzə çıxarıb. Şirkət AI vasitəsilə mümkün istilik anomaliyalarını müəyyən edib və quyu qazılması üçün optimal nöqtələri seçib ki, bu da xərcləri və uğursuz qazma riskini əhəmiyyətli dərəcədə azaldıb.

Zanskar Geothermal yaxın illərdə yatağın sənaye miqyasında inkişafı üçün icazə prosesinə başlamağı planlaşdırır. Şirkət hesab edir ki, bu kəşf ABŞ-da daha çox “gizli” geotermal sistemlərin aşkarlanmasına yol açacaq və geotermal enerjinin bərpa olunan enerji bazarında rolunu gücləndirəcək.

Mənbə: Axios

Aynur Camal

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

Kəmalə Sultan

Göbələklər İlk Dəfə Üzvi Yaddaş Cihazları Kimi İstifadə Edilir

Aynur Camal

BMT: “Qəzzada 570 mindən çox insan dəhşətli aclıqla üzləşib”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu