21 C
Baku
27 İyun 2025, 21:52
Baş xəbərDünya

Süni intellekt jurnalistikaya mənfi təsir göstərə bilər

Bugun.tv xəbər verir ki, Amerikalı jurnalistlər Karl Bernşteyn və Bob Vudvord süni intellektin jurnalistikanın gələcəyinə mənfi təsir edəcək ən böyük qüvvə olduğunu bildiriblər.

BBC-yə müsahibə verən Bernstein və Vudvord süni intellektin jurnalistikanın gələcəyinə necə təsir edəcəyini qiymətləndiriblər.

Süni intellektin jurnalistikanın gələcəyinə mənfi təsir göstərən ən böyük qüvvə olduğunu deyən ikili, süni intellektin sürətli inkişafının işçilərin ixtisarına, şəxsi həyatın toxunulmazlığının pozulmasına və qeyri-dəqiq məlumatların tirajının artmasına səbəb olacağını vurğulayıb.

İnsan həyatında hər şeyin əsasının həqiqət olduğunu dilə gətirən Bernşteyn nəyin yanlış olduğunu deyil, nəyin doğru olduğunu bilmək lazım olduğunu, mətbuatın bir cəmiyyətdə bunu təmin edəcək təməl element olduğunu bildirib.

Vudvord isə süni intellektin həddi-hüdudu olduğunu vurğulayaraq, “Məsələn, mən Pentaqona zəng edirəm və baş qərargah rəisi ilə görüşmək istədiyimi deyirəm. Mənimlə görüşəcək və ya görüşməyəcək. Bunun cavabını ala bilərəm. Süni intellekt bunu edə bilməz” – ifadəsini işlədib.

BBC müxbirləri bildirirlər ki, Chat GPT proqramı isə çıxış yolu ola bilər. Onlar bu proqramın yeni nəsil jurnalistlərə ilham verdiyini və veteran jurnalistlərin araşdırma jurnalistikasının standartlarını müəyyən etdiyini bildirib.

“Süni intellekt bizim bu dünyada mübarizə aparmalı olduğmuz ən böyük qüvvədir”- amerikalı jurnalistlər Karl Bernşteyn və Bob Vudvord vurğulayıblar.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Ana uşağını binadan atdı! – FOTO

Teymur Əziz

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Semih Şükrinin Türkiyəyə səfəri gözlənilir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu