25 C
Baku
8 Sentyabr 2025, 10:37
Texnologiya

Süni intellekt psixoloji xəstəliklərin diaqnostikasında istifadə edilməyə başlandı

Bugun.tv xəbər verir ki, Taylandda süni intellekt texnologiyası depressiya və intihar düşüncələri olan insanlara kömək etmək üçün istifadə olunur. Bildirilib ki, sınaq mərhələsində olan texnologiya ilkin tapıntılara əsasən, diaqnozlarının dəqiqliyi baxımından keçid qiyməti alıb. Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır. Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib. Chulalongkorn Universiteti Sağlamlıq Fakültəsinin Dekan müavini Prof. Dr. Nijasri Charnnarong açıqlamasında son illərdə psixoloji pozğunluqların artdığına diqqət çəkərək, “Təkcə keçən il Taylandda 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana diaqnoz qoyuldu. Onların yalnız üçdə biri uyğun müalicə prosesinə başladı” dedi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Apple iPhone-dan Android-ə keçməyi asanlaşdırır

Teymur Əziz

“Hökumətin uçan gəmiləri var” – Keçmiş kəşfiyyatçı açıqlama verdi

Nigar Məmmədova

Boom XB-1 ilk uçuşunu həyata keçirdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu