17 C
Baku
10 İyun 2025, 2:28
Baş xəbərMaraqlı faktlar

Süni intellekt robotu GPT-4-ün dayandırılması tələb edilib

ABŞ-dakı qeyri-kommersiya Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzi (CAIDP) Federal Ticarət Komissiyasına (FTC) müraciətində süni intellekt inkişaf etdirmə şirkəti OpenAI-nin GPT-4-ün yeni versiyası olan süni intellekt robotu ChatGPT-nin fəaliyyətinin dayandırılmasını tələb edib.

Yerli medianın məlumatına görə, CAIDP FTC-yə şikayət edərək, OpenAI-ni FTC-nin ədalətsiz və aldadıcı biznes təcrübələri qanununu və süni intellekt məhsulları üçün təlimatları pozmaqda ittiham edib.

FTC-yə edilən şikayət OpenAI laboratoriyalarını araşdırmaq və OpenAI-nin ən yeni modeli olan GPT-4-dən istifadəni dayandırmağa çağırıb.

OpenAI-nin ən yeni GPT modeli olan GPT-4-ün “aldadıcı olduğunu və məxfilik və ictimai təhlükəsizlik üçün risk yaratdığını” iddia edən CAIDP, şirkətin süni intellekt məhsullarının FTC-nin rəhbərliyində yer alan “şəffaf, açıq və hesabatlı” standartlara cavab vermədiyini iddia edib.

CAIDP, şirkətin GPT məhsullarının bazara çıxarılmadan əvvəl müstəqil olaraq qiymətləndirilməsini istədiklərini ifadə etdi və şirkətin süni intellekt məhsulları üçün ictimai hesabat sistemi tətbiq etməsi lazım olduğunu müdafiə edib.

“Həyatın Gələcəyi İnstitutu” tərəfindən süni intellektin cəmiyyət üçün yaratdığı risklər barədə açıq məktub dərc olunub.

CAIDP prezidenti Mark Rottenberqin imzaladığı məktubda Twitter sahibi Elon MuskApple qurucusu Steve Wozniak kimi bir çox adın da iştirak etdiyi bildirilib.

Məktubda GPT-4-dən daha güclü süni intellekt texnologiyalarının hazırlanmasına ən azı 6 ay fasilə verilməsi tələb olunub.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiyadan Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanat

Aynur Camal

Arzu Nağıyev İTV-yə müsahibə verib

Aynur Camal

İki işçi qəsdən yandırıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu