17 C
Baku
27 Oktyabr 2025, 1:06
Baş xəbərDünya

Süni intellekt sürprizi: Liderlər körpəyə çevrildi – VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Zirvəsi diqqətəlayiq sürprizlə başlayıb. Sammit çərçivəsində hazırlanan xüsusi videoçarxda dünya liderlərinin süni intellektdən istifadə edərək körpələrə çevrilmiş versiyaları yer alıb.

Albaniyada keçirilən 6-cı Avropa Siyasi Birliyinin Zirvə Toplantısının açılışında sammitə qatılan liderlərin süni intellektlə yaradılmış körpə görüntüləri ilə “Albaniyaya xoş gəlmisiniz” deməsi diqqət çəkib.

Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısı keçirilir.

Sammit çərçivəsində 27 Avropa ölkəsinin liderləri sammit üçün Tiranada bir araya gəlir. Sammitdən əvvəl liderlər Tirandakı Opera Teatrında sammitin açılışında iştirak ediblər.

Açılış mərasiminə qatılan liderlərin süni intellektlə yaratdıqları körpə görüntüləri ilə “Albaniyaya xoş gəlmisiniz” deməsi diqqət çəkib. Bəzi liderlər görüntülərə gülümsəsə də, digərləri ciddiliyini qoruyub.

Bu şoudan sonra Albaniya tarixinə mühüm töhfələr vermiş bəzi tarixi şəxsiyyətlərin fotoşəkilləri yenidən süni intellektin köməyi ilə hazırlanmış şouda nümayiş etdirilib. Daha sonra Albaniyanın görkəmli xalq rəqslərindən bəziləri ifa olunub.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

G7 ülkeleri, Ukrayna ve Orta Doğu gündemiyle toplandı

Aynur Camal

Bəzi insanların nəyə görə hər şeyi şəxsən qəbul etdiyi məlum olub

Aynur Camal

NATO-nun “Hava Müdafiəçisi 2023” təlimi başlayır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu