12 C
Baku
14 Mart 2025, 19:37
Baş xəbərDünya

Süni intellekt tənqidi düşüncəyə mənfi təsir göstərir

Yeni araşdırmaya görə, süni intellektdən istifadə artdıqca insanların tənqidi düşünmə nisbətləri azalır. Süni intellekt artıq həyatımızın bir hissəsinə çevrilib.

Səhiyyədən təhsilə, maliyyədən əyləncəyə qədər uzanan bu inqilab təkcə gündəlik həyatda deyil, hətta iş həyatımızda da tarazlığı təmin edir.

Həyatın hər sahəsində özünə yer tapan süni intellektlə bağlı araşdırma maraqlı məlumatlar üzə çıxarıb.

Tədqiqatçılar işlə bağlı tapşırıqları yerinə yetirmək üçün süni intellektə necə və nə vaxt etibar etdiklərini və bunun onların öz tənqidi düşünmə qabiliyyətlərini qavramasına necə və nə dərəcədə təsir etdiyini araşdırmaq üçün 319 nəfər arasında sorğu keçirib.

“Microsoft” və “Forbes” jurnalında yer alan Karnegi Mellon Universitetinin yuxarıda adı çəkilən araşdırmasına görə, süni intellektdən nə qədər çox insan istifadə edirsə, bir o qədər də tənqidi düşüncəni inkişaf etdirmir.

Tədqiqatda paylaşılıb ki, süni intellektdən asılılıq insanların tənqidi düşünmə qabiliyyətlərindən istifadə üsulunu dəyişdirir, bu cür hallarda diqqəti “məlumatın yoxlanılması, cavabların inteqrasiyası və tapşırıqların idarə edilməsi”nə keçirir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Köhnə smartfondan istifadə etməyin 6 yolu

Aynur Camal

Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNƏCƏK

Nigar Məmmədova

Məşhur supermodel dəm qazından zəhərləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu