11.2 C
Baku
13 Mart 2025, 23:31
Baş xəbərDünya

“Süni intellekt terror məqsədləri üçün istifadə edilə bilər”

Google-un keçmiş icraçı direktoru (CEO) Erik Şmidt süni intellekt texnologiyalarının terrorçu qruplar tərəfindən “günahsız insanlara zərər vurmaq” üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib və hökumətləri “özəl texnologiya şirkətlərinə nəzarət etməyə” çağırıb.

Şmidt BBC-yə məsələ ilə bağlı qiymətləndirmələr edib.

Süni intellekt texnologiyalarının terrorçu qruplar və ya “yarmaz dövlətlər” tərəfindən “günahsız insanlara zərər vermək üçün istifadə oluna biləcəyini” vurğulayan Şmidt Şimali Koreya, İran və Rusiya kimi ölkələrin bu texnologiyalardan “bioloji silah yaratmaq üçün” istifadə edə biləcəyini iddia edib.

2001-ci il sentyabrın 11-də təyyarələrə nəzarəti ələ keçirən terrorçuların ABŞ-da həyata keçirdikləri və çoxlu sayda insanın ölümü ilə nəticələnən hücumları xatırladan Şmidt oxşar hadisənin baş vermə riskindən narahat olduğunu bildirib.

Gələcəkdə süni intellekt texnologiyalarının böyük ölçüdə özəl şirkətlər tərəfindən inkişaf etdiriləcəyini bildirən Şmidt, bu texnologiyaların pis məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün özəl şirkətlərin hökumətlər tərəfindən nəzarət edilməsinə çağırıb.

“Hökumətlərin nə etdiyimizi anlaması və gözlərini bizdən çəkməməsi həqiqətən vacibdir” deyən Schmidt, yoxlamalar və tənzimləmələr həddindən artıq olarsa, innovasiyaya mane ola biləcəyi barədə də xəbərdarlıq etdi.

 Uşaqların smartfondan istifadəsinə nəzarət edilməlidir

Uşaqların süni intellekt dəstəkli smartfon istifadəsinə toxunan Şmidt, mövzu ilə bağlı yoxlamaların əhəmiyyətinə diqqət çəkib.

Uşaqların “onlayn dünyanın şərlərindən” qorunmalı olduğunu vurğulayan Şmidt, mövzu ilə bağlı kampaniya və təşəbbüsləri dəstəklədiyini qeyd edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Lənkəranda qətl hadisəsi

Kəmalə Sultan

Rusiya Moldova diplomatını “persona non qrata” elan edəcək

Nigar Məmmədova

Çətənə bitkiləri yetişdirən iki nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu