11 C
Baku
3 Dekabr 2025, 20:27
Digər

Süni intellektlə elmi kəşflərin sürətləndirilməsi: FutureHouse-un yeni platforması

FutureHouse tədqiqat laboratoriyası elmi prosesin əsas mərhələlərini avtomatlaşdırmaq üçün hazırlanmış süni intellekt agentləri platformasını istifadəyə verib. MIT məzunu Sam Rodriques və hesablama kimyaçısı Endryu Uayt tərəfindən təsis olunan şirkət ədəbiyyat axtarışı, məlumat təhlili, hipotez qurulması və təcrübə planlaşdırılması kimi çətin tapşırıqları avtomatlaşdıran agentlər hazırlayır. Crow, Owl, Falcon, Phoenix və Finch kimi agentlər tədqiqatçılara həm nəzəri, həm də eksperimental işləri daha sürətli aparmağa imkan verir.

Platforma artıq real elmi işlərdə sınaqdan keçirilib. FutureHouse-un çoxagentli sistemindən istifadə etməklə quru yaşla əlaqəli makula degenerasiyası üçün yeni terapevtik namizəd müəyyən olunub, həmçinin müxtəlif alimlər polikistik yumurtalıq sindromu, Alzheimer və Parkinson xəstəlikləri üzrə araşdırmalarını agentlərin köməyi ilə sürətləndiriblər. Tədqiqatçılar bildirirlər ki, FutureHouse-un ixtisaslaşmış agentləri mövcud ümumi süni intellekt sistemlərindən daha dəqiq və etibarlı nəticələr təqdim edir.

Şirkət uzunmüddətli perspektivdə agentlərin daha mürəkkəb təhlillər aparması, xam məlumatlardan nəticələri yoxlaması və hesablama vasitələrindən inteqrasiya edilmiş şəkildə istifadə edə bilməsi üzərində işləyir. Rodriquesin sözlərinə görə, məqsəd hər bir alimə ağıllı “köməkçi tədqiqatçı” təqdim etmək və elmi tərəqqinin sürətini kəskin artırmaqdır. Platforma artıq bütün istifadəçilər üçün açıqdır:

Mənbə: News.mit

Aynur Camal

Oxşar xəbərlər

Litva və Belarus arasında hava şarları böhranı: Sərhədlər bağlanıb

Aynur Camal

“Ali təhsil haqqında” qanun layihəsinin dinləməsi olub

Şükufə Ramizqızı

Öz həyatını riskə atdı, onlarla insanı ölümdən qurtardı-VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu