20 C
Baku
28 İyun 2025, 4:19
Baş xəbərDünya

Super qarışqalar ölkəni işğal etdi: Elektrik və interneti kəsirlər

Aralıq dənizi bölgəsindən olan invaziv qarışqa növü Tapinoma magnum Almaniyanı faktiki olaraq fəth etdi. Qarışqalar əhaliyə böyük çətinlik yaradır. İndi internet və elektrik infrastrukturunu məhv edirlər.

Vətəni Aralıq dənizi bölgəsi olan “super qarışqalar” Fransa, Almaniya və İsveçrəyə yayılıb. Almaniyada vəziyyət getdikcə pisləşir. Tapinoma magnum adlı invaziv qarışqaların koloniyaları faktiki olaraq ölkəni zəbt edib.

ELEKTRİĞİ VƏ İNTERNETİ KESİRLƏR

Xüsusilə Almaniyanın Baden-Vürtemberq, Reynland-Pfalts, Hessen və son olaraq Saksoniya əyalətlərində yayılan invaziv növlər Kehldə elektrik və internet kabellərini məhv etməyə başlayıb. Daha doğrusu, səkilərin altından qazdıqları üçün infrastruktur çökmələri baş verir. Hətta buna görə bəzi uşaq meydançaları bağlanmalı olub, buna səbəb kimi təhlükəsizlik göstərilib.

İnvaziv qarışqalar həmçinin ətraf mühitə kəskin, pis qoxu yayırlar və koloniyalar halında səyahət etdikləri üçün qoxu ətrafı bürüyə bilər.

YAYILMALARIN ƏSAS SƏBƏBİ İDXALDIR

“The Sun” yazır ki, qarışqaların Almaniyaya yayılmasının əsas səbəbi bağ mərkəzləri və Aralıq dənizi bitkilərinin idxalıdır.

Alman Təbiət Muzeyləri bir layihə başlatdı və ictimaiyyətdən qarışqa koloniyalarını harada gördüklərini bildirmələrini istədi. Mütəxəssislər kimyəvi müdaxilənin təsirli olmadığını deyirlər. Bələdiyyələr isti su cihazları ilə müdaxilələrə başlayıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Dünyanı idarə edən qlobal güc yoxdur” -VİDEO

Aynur Camal

Prezidenti Türkmənistanlı həmkarını təbrik edib

Aynur Camal

“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu