7 C
Baku
21 Dekabr 2025, 3:04
Digər

Suriya Kosovonun müstəqilliyini rəsmən tanıyır

Suriya, Səudiyyə Ərəbistanı və Kosovo arasında Ər-Riyadda keçirilən üçtərəfli görüşdə Suriya hökuməti Kosovonu rəsmi olaraq tanıdığını elan edib.

Kosovo 17 fevral 2008-ci ildə birtərəfli qaydada Serbiyadan müstəqillik elan etdi.

Türkiyə başda olmaqla bir çox ölkə Kosovonun müstəqilliyini dərhal tanıyıb. Son tanıma 26 martda Keniya və 12 apreldə Sudan tərəfindən edilib.

Suriya Kosovonun müstəqilliyini tanıyan digər bir ölkə oldu.

Bəyanatda Kosovonun müstəqilliyinin tanınmasının “ərəb dünyası adından aydın və birmənalı mövqe” olduğu vurğulanaraq əlavə edilib: “Dəməşq administrasiyası Kosovo Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi və hər iki ölkənin və xalqlarının ortaq maraqlarına xidmət etmək üçün beynəlxalq platformalarda diplomatik koordinasiyanı artırmağı hədəfləyir”.

Kosovo Prezidenti Vjosa Osmani Suriya hökumətinə ölkəsini tanıdığına görə təşəkkür etdi.

Osmani açıqlamasında ictimaiyyətə xatırladıb ki, Suriya Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda əldə edilən razılaşma ilə Kosovonu rəsmi olaraq tanıyıb.

Suriya Prezidenti Əhməd Şaraya Kosovonu tanımaq qərarına və xalqına verdiyi dəstəyə görə təşəkkür edən Osmani deyib: “Kosovo və Suriya xalqları azadlıqlarına çatmaq üçün çox əziyyət çəkib və çoxlu qurban veriblər. Buna görə də, bugünkü qarşılıqlı tanıma təkcə dövlət suverenliyi ilə bağlı deyil, həm də bir çox nəsillərin azadlıqda yaşamaq naminə verdiyi qurbanların tanınmasıdır”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şri-Lankaya köçən rusları vətənlərinə qayıtmağa çağırıblar

Bugün TV

“Azərbaycanın Avropa ilə əməkdaşlığı zərurətə çevrilir” – siyasi ekspert

Aynur Camal

Rusiyadan gətirilən vaşaq İspaniyada tutuldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu