Dünya

Suriya ordusu Hələbdə YPG-yə qarşı nöqtə əməliyyatlarına başladı

Suriya ordusu Hələb şəhər mərkəzində terror təşkilatı YPG-yə qarşı nöqtə əməliyyatlarına start verib. Məlumata görə, mülki şəxslərin təxliyəsinin dayandırılmasından sonra YPG-yə məxsus hərbi mövqelər hədəfə alınır.

Əvvəlcədən müəyyən edilən və mülki əhalinin uzaq durması tələb olunan YPG mövqeləri minaatan atəşi ilə vurulub. Terror təşkilatının cavab atəşi açmasından sonra bölgədə toqquşmalar yenidən şiddətlənib.

Suriya ordusu daha əvvəl Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində YPG-yə aid hədəflərin koordinatlarını açıqlayaraq sakinləri ərazini tərk etməyə çağırmışdı.

Qeyd edək ki, yanvarın 6-da Hələb şəhər mərkəzində YPG-nin hücumları nəticəsində 1 hərbçi və 5 mülki şəxs həlak olub, 31 nəfər yaralanıb. Bundan sonra Suriya ordusu YPG ilə təmas xəttinə onlarla tank və zirehli texnika ilə əlavə qüvvələr göndərib.

Davam edən toqquşmalar səbəbindən şəhər mərkəzində dövlət qurumlarının fəaliyyəti, məktəblər və universitetlərdə də təhsil müvəqqəti olaraq dayandırılıb. Həmçinin Hələb Beynəlxalq Hava Limanında uçuşlar da təxirə salınıb.

YPG həmin gün axşam saatlarında Süryani məhəlləsində bir məktəb və xəstəxanaya da hücum həyata keçirib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu