Bugun.tv xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin İdlib vilayətinin Afes kəndində məktəbə təşkil etdiyi hücumda 1 müəllim və 2 şagird yaralanıb.
İdlibin şərqindəki Serakib rayonunda yerləşən Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi xarici terrorçu qruplar Afes kəndindəki ibtidai məktəbə qurudan-yerə silahlarla hücum edib.
Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində biri müəllim, ikisi tələbə olmaqla 3 mülki şəxs yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.
Mənbə: Anadolu Ajansı