28 C
Baku
10 Sentyabr 2025, 19:17
DünyaSiyasət

Suriya rəsmən Türkiyədən hərbi dəstək istədi

Politoloq, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında qeyd edib ki, Türkiyə xarici işlər naziri H. Fidanın fikirlərini şərh edib.

H.Fidan vurğulayıb ki, Suriyanın hərbi dəstək istəyinə Türkiyə hazırdır.

İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil. İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyinin möhkəmləndirilməsinə imkan verməməkdir.

Demək olar ki, ABŞ birbaşa müdaxiləsi ilə Suriya və İsrail arasında danışıqlar aparılacaq. İsrail druzlara muxtariyyət tələb edir. Həmçinin Suriyanın Qolan təpələrindən imtinasını şərt irəli sürür. İsrailin druzlara muxtariyyət tələbi, Suriyanın Qolan təpələrindən imtina etməsi ilə bağlı təzyiq siyasətidir.

Danışıqlar baş tutarsa, Suriya Qolan təpələrindən imtina edir. İsraildə druzlardan istifadə etmir. ABŞ -da bu planı dəstəkləyir.

Qeyd edim ki, ABŞ Suriyada sabitliyin və bütövlüyün qorunmasında maraqlıdır. ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyənin iştirakı ilə İsrail və Suriya arasında danışıqlar prosesi müsbət istiqamətdə inkişaf edəcək. Məhz Suriyanın Türkiyədən hərbi yardım istəməsi, İsraili fakt qarşısında qoyur.

Aynur Camal

Oxşar xəbərlər

“Ekstremal iqlim hadisələri 2024-cü ildə 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərdi”

Aynur Camal

Misir məzarından təxminən 4 min il yaşı olan zinət əşyaları tapıldı

Aynur Camal

Putin-Tramp görüşü başa çatdı! Birinci bəyanat bəlli oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu