Suriyanın cənubundakı Sveyda şəhərində yüzlərlə insanın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra hökumətin təxliyyə avtobusları bölgəyə daxil olub. Hakimiyyət orqanları atəşkəsin qorunması və ictimai xidmətlərin bərpası üzərində işləyir.
Suriyanın cənubunda günlərdir davam edən “etnik və məzhəblərarası” gərginlikdən sonra hökumətin evakuasiya avtobusları Sveyda şəhərinə daxil olub. Suriya hakimiyyəti son qarşıdurmalarda yaralananların və şəhərdə sıxışanların təxliyəsi üçün əməliyyata başladığını açıqlayıb.
Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor Əhməd Dallati bildirib ki, yerli tərəflərlə aparılan danışıqlar nəticəsində toqquşmalar zamanı saxlanılan bədəvi ailələrin azad edilməsi və onların təhlükəsiz şəkildə evlərinə qayıtması üçün razılıq əldə olunub. Dallati atəşkəs rejiminə riayət edilməsinin və dövlət qurumlarının yenidən açılması üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini vurğulayıb.
Daxili işlər naziri Ənəs Hattab da təhlükəsizlik qüvvələrinin şimal və qərb Sveydada yerləşdirildiyini və atəşkəsin həyata keçirilməsinin silahlı xaosun qarşısının alınması istiqamətində ilk addım olduğunu bildirib. Hattab bildirib ki, məqsəd yaxın günlərdə məhbus mübadiləsinin baş tutması və həyatın normala dönməsidir.
Sweida Qubernatorluğu bölgədəki ictimai qurumları yenidən aktivləşdirməyi planlaşdırdığını açıqladı. Mülki Müdafiə bölmələri sığınacaqlarda əsas ehtiyacların ödənilməsi üçün humanitar təşkilatlarla əməkdaşlıq etdiklərini açıqlayıb.
Suriya Xarici İşlər Nazirliyi üç nazir və qubernatorun müşayiəti ilə yardım karvanının ölkəyə girişinin əngəllənməsini “təhlükəli hadisə” kimi qiymətləndirib. Nazirlik beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanan humanitar yardımın qarşısının alınmasının ciddi təhlükəsizlik fəsadları ola biləcəyi barədə xəbərdarlıq edib.
İyulun 13-də başlayan qarşıdurmalar bədəvi qəbilələri ilə bəzi druz silahlı qrupları arasında gərginliyin artması ilə başlayıb. Sveydaya doğru hərəkət edən hökumət qüvvələri qeyri-qanuni silahlı qrupların hücumuna məruz qalıb, nəticədə onlarla əsgər həlak olub.
Suriya hökuməti bu günə qədər dörd ayrı atəşkəs elan edib. Ancaq əvvəlki üç cəhd tez bir zamanda alt-üst edildi. Bu yaxınlarda, cümə günü, sionist rejimin dəstəklədiyi Şeyx Hikmət əl-Hicriyə bağlı bir qrupun bəzi bədəvi ailələrini zorla köçürməsi və insan haqlarının pozulması ilə bağlı iddiaların ardınca toqquşmalar yenidən alovlandı.
Bu arada bu rejim son həftələrin xaosunu əsas gətirərək “Druziləri qoruduğunu” iddia edərək, Suriyaya hücumlarını artırıb. Ötən çərşənbə günü işğalçılar Dəməşqdəki digər dörd əyalətlə birlikdə Müdafiə Nazirliyi, Baş Qərargah və Prezident Sarayına hava zərbələri endirmişdilər.
Mənbə: İlkha