28 C
Baku
20 İyul 2025, 23:29
Dünya

Suriyada uşaqlar dağıntılar arasında futbol oynayırlar

Ölkədə uşaqlar Əsəd rejiminin bombardmanları zamanı xarabalığa çevrilən yaşayış massivindəki dağıntılardan təmizlədikləri meydançada futbol oynayaraq əylənir.

Suriyada 61 illik Baas hakimiyyəti devrildi…

Bəşər Əsədin ölkədən qaçması ilə Suriyada yeni dövr başladı. İllərlə insanlara işgəncə verən Əsəd rejimi süqutu ilə bütün dünyaya öz qaranlıq üzünü göstərdi.

Suriyanın paytaxtı Dəməşqin cənubundakı Əl-Midan bölgəsində yerləşən Tadamon bölgəsi Əsəd rejiminin hücumlarının izlərini daşıyır. Rejimin hücumları nəticəsində xarabalığa çevrilən məhəllədəki futbol meydançası yenidən uşaqların oyun meydançasına çevrilib.

İllər sonra ailələr sərbəst şəkildə məhəllələrinə girərək uşaqlarının futbol oynaması üçün xarabalığa bürünmüş sahəni təmizlədilər.

Dağıntılar arasında futbol oynayan uşaqlar futbolçu olmaq arzusu ilə qumlu meydançada tər tökürlər.

“EVLƏRİMİZİ dağıdıb dağıntıya çevirdilər”

Dostları ilə meydanda futbol oynayan İbrahim Əl İbrahim ifadəsində “Futbol oynamağa başqa yer yoxdur. Evlərimizi dağıdıb xarabalığa çevirdilər. Bu yerləri təmizlədik və futbol oynamağa başladıq. Ən çox sevdiyim futbolçu Cristiano Ronaldodur”.

Əmmar Həzimi dedi:

Biz burada dağıntılar altında futbol oynayırıq. Bu tarla idi, amma binalar uçanda tarlamız xaraba qaldı. Qonşuların köməyi ilə meydançanı təmizlədik, futbol oynamağa başladıq. Ən çox sevdiyim futbolçu Lionel Messidir. Məşhur futbolçu olmaq istəyirəm. Əvvəlcə məktəbə gedirəm, sonra bura gəlib futbol oynayırıq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Həm maaş aldı, həm də qazanc əldə etdi! Şirkəti içəridən soydu

Aynur Camal

Atəşkəs elan edilsə də, Sudanda partlayış səsləri eşidilir

Nigar Məmmədova

Papa Fransiskin ölümündən sonra İspaniyada üç günlük matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu