Baş xəbərDünya

Suriyaya döyüşməyə getmək istəyən şəxs Almatı aeroportunda saxlanıldı

Qazaxıstanın Almatı hava limanında terrorçu qruplaşmaya qoşulmaq məqsədi ilə Suriyadakı döyüş bölgəsinə getməyə cəhd edən şəxs saxlanılıb.

Bugun.tv Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu şəxs əvvəllər də oğurluq, qətl və s. cinayətlərə görə həbs olunub. Azad edildikdən sonra radikal ideologiyanın təsiri altına düşüb. Terrorçu qruplaşmaların sıralarına qoşulmaq üçün Suriyadakı döyüş bölgəsinə getmək qərarına gəlib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu