19 C
Baku
8 Sentyabr 2024, 3:55
Kriminal

Sürücü və sərnişinin şübhəli hərəkətləri diqqət çəkdi, avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlandı

Bugun.tv xəbər verir ki, Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib. ŞRPŞ-nın yol polisi bölməsinin əməkdaşları Balıqçılar qəsəbəsi ərazisində “BMW” markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxışda avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər.

Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyatla isə əvvəllər məhkum olunmuş rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanıldı

Bugün TV

Avtobus sərnişini soyuldu

Aynur Camal

Falçılıq adıyla dələduzluq edən qadın saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu