Baş xəbərHadisəKriminal

Sürücü yük avtomobilini polisin üstünə sürdü

Bugun.tv xəbər verir ki, “Kamaz” avtomobilin sürücüsü İsmayılov Rövşən Dilən oğlu YPX əməkdaşları tərəfindən saxlanılıb. Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolununda yaşanıb. YPX əməkdaşları R.İsmayılovun apardığı yükün çəkisini müəyyən etmək üçün saxlayıb. Bu zaman sürücü aqressiv reaksiya verib. Daha sonra R. İsmayılov avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edib. Həmçinin ərazidən uzaqlaşmağa çalışıb.

Hadisə ilə bağlı sürücü barəsində müvafiq sənədləşmə aparılıb. Daha sonra Qaradağ rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu