19 C
Baku
8 Sentyabr 2024, 3:27
Baş xəbərSosial

Sürücülər törətdikləri xətaya görə hansı məsuliyyəti daşıyırlar? – HÜQUQŞÜNAS AÇIQLAMASI     

Hər birimiz çıxdığımız yolu rahat, problemsiz şəkildə başa vurmaq istəyirik. Lakin xoşagəlməz hadisələri öncədən təxmin etsək də, qarşısını almaqda təssüf ki, acizik.

Çox zaman yol nəqliyyat hadisəsi baş verdikdə sürücülər arasında anlaşılmazlıqlar müşahidə olunur. Bəzi hallarda günahsız tərəf özünü müdafiə etməkdə çətinlik çəkir. Səbəbi isə sadədir, hüquqlarını bilmirlər.

Bugun.tv mövzunu araşdırıb. “Yol hərəkəti haqqında”qanuna əsasən, sürücü yola çıxdığı andan etibarən müəyyən olunan sürət həddini aşmamalı və yol hərəkəti qaydalarına düzgün riayət etməlidir. Həmçinin, icbari sığorta müqaviləsi, taxografın yoxlanılmasına dair şəhadətnamə, kommersiya məqsədilə istifadə zamanı yol vərəqi və daşınan yüklərə dair sənədləri üzərində daşımalıdır.

Vəkil Rəşad Əliyev deyir ki, yol nəqliyyat hadisəsi baş verərsə və sığorta şirkəti qəzadan sonra meydana gələn xərclərin ödənilməsindən imtina edərsə, bu zaman sürücü müqavilə şərtləri pozulduğu üçün məhkəməyə müraciət ünvanlaya bilər. Bəs, görəsən, sürücü törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrumedilmə cəzası ilə üzləşərsə nə etməlidir?

“Bu halda yol polisi sürücülük vəsiqəsini ondan alır, əvəzinə xüsusi bir sənəd verir. Həmin sənəd əsasında inzibati xəta ilə bağlı qərar verilənə qədər o avtomobili idarə etmək hüququna malikdir. Əgər sürücü onun barəsində tərtib olunmuş inzibati protokolla razı deyilsə, etirazını həmin sənədə qeyd edə bilər. Hətta protokola imza etməmək səlahiyyətinə də malikdir. Bu halda yenə inzibati protokol tərtob edilir. Sürücü bu zama müvafiq orqana şikayət edir. Həmin qurumun araşdırmasından sonra sənəd qüvvəyə minə bilər”.

R.Əliyevin sözlərinə görə, əgər baş verən nəqliyyat hadisəsində qarşı tərəf təqsirkardırsa bu zaman zərərçəkmişə dəyən ziyan mütləq ödənməlidir. Əks təqdirdə zərərçəkmiş tərəf mülki qaydada məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər. Piyadanın ehtiyatsızlığı ucbatından qəza baş verərsə və qarşı tərəf ciddi xəsarət alarsa, yaxud həyatını itirərsə bu zaman sürücünün günahsızlığını sübuta yetirmək üçün mütləq şəkildə ekspertiza təşkil olunmalıdır.

“İstənilən yol nəqliyyat hadisəsi baş verən zaman polisin müvafiq orqanları həmin hadisə ilə bağlı araşdırma aparırlar. Əgər sırf inzibati xətadırsa bu halda məsələyə yol polisi baxır. Yox əgər xəsarətin dərəcəsi ağır, az ağır və ya ölüm hadisəsi ilə nəticələnibsə bu halda müvafiq olaraq tədqiqat və istintaq orqanları araşdırmaya başlayır. Xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza, qəzanın sürücünün günahı üzündən baş verib-vermədiyini bilmək üçünsə avtotexniki ekspertiza təyin olunur. Əgər maşını idarə edən şəxsin günahı yoxdursa, yaxud da baş verən hadisənin qarşısını almaq iqtidarında olmayıbsa, ekspert rəyi əsasında sürücü məsuliyyətdən azad edilə bilər”.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğını oldu

Bugün TV

280 illik kilsəni ildırım vurdu

Kəmalə Sultan

Mövqelərimiz atəşə tutuldu!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu