8 C
Baku
21 Dekabr 2025, 19:38
Digər

“Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsinin icrası yekunlaşdı

Bugun.tv xəbər verir ki, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsinin icrasını yekunlaşdırıb. İyun-avqust ayları ərzində icra olunan layihə çərçivəsində Sumqayıt və Bakı şəhərində sosial və maarifləndirmə aksiyaları keçirilib. Bu tədbirlərdə yol istifadəçiləri arasında hörmət və qarşılıqlı anlayışın gücləndirilməsi üçün “yol etikası” barədə maariflənmə işi aparılıb, həmçinin sürcülərdə sosial və ekoloji məsuliyyətin təşviqi mövzuları ilə bağlı məlumatlar verilib. Bununla yanaşı, layihə çərçivəsində sürücülərin sosial məsuliyyətli davranışları barədə videomüsahibə, radio verilişləri hazırlanın, eləcə də məqalələr yazılıb. Bu məlumatlandırma kampaniyasında yol insidentlərinin azaldılması və sürücülük mədəniyyətinin artırılması məqsədilə təhlükəsiz sürücülük və qaydalara riayət etmənin əhəmiyyəti izah edilib. Xatırladaq ki, layihənin məqsədi sürücülük mədəniyyətinin yüksəldilməsi ilə yol hərəkətinin təhlükəsizliyini artırmaq, sürücülərin sosial məsuliyyətini gücləndirmək, onların yol hərəkəti qaydalarına riayət etməsini təmin etmək və cəmiyyətin ümumi yol davranışlarını təkmilləşdirməkdir.

Qeyd: Yazı Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsi çərçivəsində hazırlanıb. Məqalədə qeyd olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bugün TV

Oxşar xəbərlər

Miqrant qayığı batdı: 40 nəfər öldü

Aynur Camal

Almaniya prezidenti Tanzaniyadan ölkəsinin müstəmləkə dövründə törətdiyi cinayətlərə görə bağışlanmasını istədi

Teymur Əziz

Bu il 3000-ə yaxın tarixi əsər qaytarılıb

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu