32 C
Baku
19 İyul 2025, 14:50
Baş xəbərHadisə

Sürücülərə xəbərdarlıq edildi!

Bugun.tv xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabahdan hava kəskin dəyişəcək. Bu hal iyunun 21-dək davam edəcək.

Belə ki, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə yağış yağacağı, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edib. Onlara ehtiyatlı olmağı, yağış nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artmasını nəzərə almağa çağırıb. “Yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün nasaz avtomobillərdən mümkün qədər istifadə etməyin. Maşın sürərkən ara məsafəsi saxlayın, küləkli havaya görə avtomobilləri ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamayın.  Meteoroloji şəraitə uyğun sürət həddi seçin, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlayın”.

Müraciətdə həmçinin, zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etmək tövsiyə olunub.

“Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, – əlavə edilib.

Mənbə: Daxili İşlər Nazirliyi

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan hökuməti istefa verdi

Aynur Camal

Darçın dərmanların təsirini azalda bilər

Aynur Camal

Son dəqiqə | Çindən Fələstin şərhi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu