19 C
Baku
8 Sentyabr 2024, 3:39
Dünya

Şüşəsini su damcıları ilə doldurdu!

İsrailin hücumları və blokadası altında olan Qəzzada su qıtlığı yaşanarkən, tankerdən butulkasını doldurmağa çalışan qəzzalı uşağın səyi ürəkləri ağrıtdı.

Hücumlar səbəbindən su qıtlığı kritik həddi keçib. Məhdud yardımlarla gətirilən su tankerləri Qəzzalılara yardım etməyə çalışır. Hücumlar səbəbindən su qıtlığı kritik həddi keçib. Məhdud yardımlarla gətirilən su tankerləri Qəzzalılara yardım etməyə çalışır.

İsrailin blokadası səbəbindən su qıtlığının yaşandığı Qəzzada fələstinli uşaq şüşəsini doldurmaq üçün su damcıları toplayıb. Sosial şəbəkələrdə paylaşılan həmin anlar ürək ağrıdıb.

İsrailin 7 oktyabrdan bəri Qəzzaya təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 49 fələstinli həyatını itirib, 76 min 901 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: Ahaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Pekin sülhməramlı rolunu oynamağa çalışır

Aynur Camal

Turistlər Himalay dağlarına yerli bələdçilərlə səyahət edəcəklər

Nigar Məmmədova

ABŞ silah tədarükünü kəsir/ İsrail: “Rəfaha hücum etmək üçün kifayət qədər silahımız var”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu