15 C
Baku
16 Oktyabr 2025, 7:36
Mədəniyyət

“Şuşa mədəniyyətinin inciləri”: “Balıq” xalçası

Bugun.tv xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Balıq“ xalçasına həsr olunub.

Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan alıb. Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olub.

Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilib. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir.

Bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur. Bu kompozisiyalı dəst xalı-qəbələr XIX əsrdə Qarabağda çox məşhur idi.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Oskar” mükafatına nominantlar açıqlanıb – SİYAHI

Nigar Məmmədova

Məşhur aktyor Metyu Perrinin ölüm səbəbi məlum oldu

Teymur Əziz

Yazarlara dəstək layihəsinə start verildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu