23 C
Baku
19 İyul 2025, 5:27
Baş xəbər

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

Bugun.tv xəbər verir ki, türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları festivalın tamaşaçıları arasında olub.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Bugün TV

Oxşar xəbərlər

“General-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı

Kəmalə Sultan

Dünyanın ən böyük səyyar sərgisi üçün ‘Ramazan’ ayarı: Oruc tutanları unutmadılar

Aynur Camal

Çin robotu Yushu G1-ə yeni kunq-fu texnikası öyrədilib (video)

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu