6 C
Baku
16 Fevral 2026, 6:26
Baş xəbər

Şuşada ilk dəfə əmək yarmarkası keçirildi

 Bugun.tv-yə daxil olan məlumata görə, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti tədbir olaraq, Agentlik Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edib.

Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim edilən vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə Nazirlik yanında İctimai şuranın üzvləri, QHT nümayəndələri də iştirak ediblər.

Yarmarkada müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işlə təminatı həyata keçiriləcək.

İştirakçılara həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə də məlumatlar verilib. Özünüməşğulluq proqramına, peşə kurslarına cəlb edilmək istəyən sakinlərin də qeydiyyatı aparılıb.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Prezident Əliyev: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

Aynur Camal

ABŞ-ın paytaxtında Azərbaycan mədəni irsi sərgisi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu