Baş xəbərSosial

Şuşada Zəfər Günü münasibətilə rəsm əsərləri və əl işlərindən ibarət sərgi açılıb

Bugun.tv– xəbər verir ki, Şuşada 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər davam edir.

Belə ki, “Şuşa Hotel”də sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə ictimaiyyət nümayəndələri ilə yanaşı, yerli sakinlər də iştirak edirlər. Nümayiş olunan əl işləri, xüsusən də Şuşa şəhərinin giriş qapıları, Qala divarları, Azərbaycan mədəniyyətinin atributları, Zəfərin əsas simvolu olan “Xarıbülbül” rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin yayında qısa donlar yenidən dəbə minib

Aynur Camal

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu