19 C
Baku
12 Oktyabr 2025, 12:06
Siyasət

“Suverenliyimizin bərpasında humanizm əsas istiqamət idi”

“2023-cü il sentyabrın 19-da Azərbaycanın öz suveren hüquqları və eləcə də beynəlxalq konvensiyalara uyğun olaraq özünün ayrılmaz hissəsi olan Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində bu gün Dövlət Bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır. 44 günlük Şanlı Vətən Savaşından sonra imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

Azərbaycan anti-terror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməsi və mülki əhali qorunması ilə bağlı ciddi tapşırıq verilmişdi. Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu və qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi. Bu təbii ki, humanizmin Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən olduğunu bir daha göstərirdi” – Bugun.tv – xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında yazıb.

O həmçinin qeyd edib ki, cəmi 23 saat 43 dəqiqəlik anti-terror əməliyyatları nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. “Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Anti-terror əməliyyatları nəticəsində Azərbaycan MDB-də münaqişələrə məruz qalan dövlətlər arasında ərazi bütövlüyünü və suverenlyini tam bərpa edən ölkə oldu.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.

Aynur Camal

Oxşar xəbərlər

“Rəsmi Tehran anlamaq istəmir ki, Azərbaycanın İslam dünyası ilə qardaşlıq münasibətlərinə heç bir şəkildə təsir edə bilməz”- Deputatın “Fələstin kartı” AÇIQLAMASI

Bugün TV

Kreml Aİ-nin Avropa ordusu yaratmaq planlarına reaksiya verib

Bugün TV

E.Mirzəbəyli: “Cənab Prezidentin Ankarada səsləndirdiyi fikirlər türk dünyasının gələcəyinə böyük ümidlər verir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu