Baş xəbərHadisə

Suyun səviyyəsi 5,5 metr qalxdı

Bugun.tv xəbər verir ki, Kahovka bəndinin vurulmasından sonra Xersonda suyun səviyyəsi 5,5 metr qalxıb.

Bəziləri uşaq olmaqla 1900-dən çox insan təxliyə edilib, minlərlə ev su altında qalıb.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəhbərinin müavini Vladimir Demçuk bildirib ki, suyun səviyyəsində artım hələ də davam edib.

Ensonhaberin məlumatına görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin sosial media hesabından edilən açıqlamada bölgədə 9 təxliyyə məntəqəsinin yaradıldığı, çayın sağ sahilində ümumilikdə 20 yaşayış məntəqəsi və 2629 evin su altında qaldığı bildirilib.

Nikopol şəhəri yaxınlığındakı bəndin su səviyyəsi yerli vaxtla saat 08:00-a olan məlumata görə 13 metrə çatıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu