17 C
Baku
10 İyun 2025, 6:24
Dünya

Səfir: Türkiyə-Azərbaycan əlaqələri humanitar sahəni də əhatə edir – FOTO

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.

Bugun.tv  xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Səfirliyin əməkdaşları və digər qonaqlar iştirak edib.

Əvvəlcə iştirakçılar məktəbin azyaşlılardan ibarət “Texnofest” komandasının hazırladığı robotexnika vasitələri ilə tanış olub. Qonaqlara nümayiş etdirilən cihazlarla bağlı ətraflı məlumat verilib, bu komandanın ölkəmizi Türkiyədə keçirilən “Texnofest” yarışmasında təmsil etdiyi diqqətə çatdırılıb.

Daha sonra qonaqlar mərkəzin azyaşlı müdavimlərinin təlim prosesinin izləyiblər.

Tədbirdə bildirib ki, Türkiyə Maarif Vəqfi 55 ölkədə fəaliyyət göstərərək, elm və təhsil prosesinə dəstək verir. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu və bunun qardaşlıq münasibətləri ilə daha da möhkəmləndiyini vurğulayıb.

“Türkiyə ilə Azərbaycan arasında əlaqələr siyasi, iqtisadi və eneji sahələri ilə məhdudlaşmır, eləcə də humanitar sahəni əhatə edir. Həm Türkiyə Maarif Vəqfi, həm də “T3″ Vəqfi dünyanın bir sıra ölkələrində ortaq layhələr həyata keçirir. Mən bu atelyenin açılışını yüksək qiymətləndirirəm və prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm”, – diplomat qeyd edib.

Tədbir Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.

Mənbə: ApA.Az

Aynur Camal

Oxşar xəbərlər

NASA atmosferin çirklənməsinə nəzarət edəcək

Teymur Əziz

Paşinyanın paylaşımı Ermənistanı qarışdırdı

Nigar Məmmədova

Qrip epidemiyası: 1 nəfər öldü, 7 nəfər reanimasiyada

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu