23 C
Baku
10 İyun 2025, 1:01
Baş xəbər

Səfərbərlik Xidmətinin ikisi general olmaqla 5 idarə rəisi işdən çıxarılıb

Bugun.tv xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.

Bu barədə  Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, həmin sözügedən Baş İdarələrin sayı beşdir və onlar ləğv olunmayıb.

Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:

Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.

Müxbir: İntizar Əmirova

Mənbə: Yeni Zaman

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanın ictimai sabitliyi və təhlükəsizliyi-SORĞU

Nigar Məmmədova

Azərbaycandan Türkiyəyə başsağlığı mesajı

Aynur Camal

Terror əməliyyatı: 4 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu