14 C
Baku
16 Noyabr 2025, 7:08
Sosial

Şəhid ailələri və müharibə iştirakçıları üçün hüquqi və vergi məsələləri mövzusunda beşinci təlim keçrildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabunçu Gənclər Evində “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi adlı layihə çərçivəsində 7 sentyabr 2025-ci il tarixində beşinci təlim təşkil olunub.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.

“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali iştirakçıları salamladıqdan sonra sözü təlimçi Taleh Əliyevə verdi. Təlimin mövzusu haqqında iştirakçılara məlumat verən təlimçi Taleh Əliyev bildirdi ki, bu gün ki, təlimldə biznesdə hüquqi və vergi məsələləri haqqında aşağıdakı mözularda sizə ətraflı məlumat veriləcək. Azərbaycanda fərdi sahibkarlığın qeydiyyatı, müvafiq icazə və lisenziyalar, vergi növləri və hesabatlıq, dövlət dəstəyi və güzəştlər. Təlimin məruzə hissəsi bitdikdən sonra iştirakçılar öz sahibkarlıq ideyası barədə öz fikirlərini bölüşdülər.

Yekunda “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirərək qeyd etdi ki, belə layihələrin maliyyələşdirilməsi şəhid ailələri və müharibə iştirakçılarının sahibkarlıq fəaliyyətinə cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu həm yeni iş yerlərinin yaradılması həm də məşğulluq probleminin həlli baxımındanda çox önəmlidir.

Mənbə: Cebheinfo.az

Aynur Camal

Oxşar xəbərlər

“Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma”

Aynur Camal

“Müdafiəsiz uşaqların səsi ol”

Aynur Camal

Wipha tayfunu Honq Konqa təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu