25 C
Baku
20 İyul 2025, 7:57
Baş xəbər

Şəhid Kamil Şirinovun mövludu qeyd olunub

Bugun.tv xəbər verir ki, xüsusi təyinatlı komandir Kamil Şirinovun mövludu keçirilib. Mərasim şəhidin doğuldugu Salyan rayon Cuxanlı kəndində təşkil olunub.
Tədbirə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri də qatılıblar.
Öncə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Sonra məktəblilər şeirlər səsləndiriblər.
Qeyd edək ki, K.Şirinov 8 il Azərbaycan Silahlı Qüvvələrində xidmət göstərib. Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirib. 6 aylıq XTQ kursunu uğurla başa vurub. Bir neçə ölkədə təlimlər keçib. Dil bilikləri yüksək səviyyədə olub.
Ən böyuk arzusu isə Qarabağı işğaldan azad görmək idi. O bu arzusuna İkinci Vətən Müharibəsində çatır.
Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Sentyabrın 29-da, 29 yaşında qəhrəmancasına şəhid olub, doğulduğu kənddə torpağa tapşırılır.
Qeyd edək ki, Kamil Şirinov aprel döyüşlərinin də fəal iştirakçısı olub. Bu döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyev onu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edib.
Xidməti dövründə dəfələrlə orden və medallarla, ölümündən sonra isə “Qarabağ” ordeni ilə təltif olunub.

Müəllif: Səbinə Mirzəqızı

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralandı

Bugün TV

Minimum əmək haqqının artırılması üçün nümayiş keçirildi

Aynur Camal

Şüşəsində çatlar olan təyyarə geri qayıtdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu