Sosial

Şəhid övladları üçün Türkiyədə Yay Düşərgəsi təşkil edilib

Bugun.tv xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin “Yeditepe” Universitetinin təşkilatçığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Yeditepe” Universitetində Yay Düşərgəsi təşkil olunub.

Düşərgə ərzində seçdikləri ixtisaslara uyğun müxtəlif təlimlərə qatılan tələbə şəhid övladları Türkiyənin məşhur “DasDas” və “Ehtiyac xəritəsi” sosial layihələri ilə tanış olublar. Həmçinin “DasDas” layihəsinin rəqəmsal muzeyini ziyarət ediblər.

“İstək” Vakfının və “Yeddi Təpə” universitetinin fəxri Başkanı Bedrəddin Dalan tələbə şəhid övladları ilə görüşərək,birlikdə nahar süfrəsində öz fikirlərini bölüşdülər.

Görüşün sonunda “Zəfər” İB-nin sədri Sevinc Alızadə Universitetin fəxri qurucusuna Qarabağ zəfərindən bəhs edən kitablar hədiyyə edib, səmimi dəvət üçün təşəkkürünü bildirib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Art-terapiya üzrə beynəlxalq təlim proqramı uğurla başa çatdı

Bugün TV

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu