21 C
Baku
11 İyun 2025, 3:16
Baş xəbərHadisə

Şəhidin plakatını söküb, yerinə marketin reklamını vurdular -VİDEO

Bərdə rayonunda Şəhid Turqut Fikrətoğlunun plakatını söküb, yerinə supermarketlərdən birinin reklamını vurublar.
Bugun.tv xəbər verir ki, bu barədə şəhidin anası Zibeydə Zeynalova sosial media hesabında bildirib. Sözügedən yazının görüntüsünü təqdim edirik:

Məsələni araşdırmaq üçün Bərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımovla əlaqə saxladıq. O, plakatın yeniləmək məqsədi ilə söküldüyünü və ora heç bir reklam vurulmadığını bildirdi.
Məsələyə aydınlaq gətirmək üçün Şəhidin anası Zibeydə Zeynalova ilə də danışdıq. Onun sözlərinə görə, Turqut həmişə bu maqazinin qarşısında oturduğu üçün xatirəsini əbədiləşdirmək məqsədi ilə plakatı ora vurublar. “Bir də gördüm ki, kimsə oğlumun fotosunu söküb. Bu gün ad günümdür. Bu mənə ən pis hədiyyə oldu. Elə bildim ki, Turqut ölən gündür. O cür ağır hisslər yaşadım. O plakatda Turqutla bərabər, Milli Qəhrəman Polad Həşimov və Mübariz İbrahimovun da şəkli var. Başa düşə bilmədim, Vətən uğrunda canından keçən insanların şəkli şəhərin gözəlliyini pozur? “, – şəhid anası Z.Zeynalova deyib.

Mövzuya yenidən qayıdacağıq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zəlzələ qurbanlarının haqq müraciəti təsdiqləndi

Bugün TV

Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır

Aynur Camal

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsindən sonra geri qayıdıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu