3 C
Baku
24 Dekabr 2024, 4:30
Mədəniyyət

Şəki Dövlət  Dram Teatrı bayram günlərində uşaqları sevindirməyi davam edir.

 Şəki Dövlət Dram Teatrında  Novruz bayramı ərəfəsində və tətil günlərində uşaqları sevindirmək və onların maraqlı bayram günləri keçirmələri üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşanın seansları davam edir.

 Müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının  köməyi  sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir. 

    Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və digərləri ifa edirlər. 

 Qeyd edək ki, teatrda Novruz şənlikləri mart ayının 18-də başlayıb və martın 26-dək davam edəcək. 

Oxşar xəbərlər

N.Dostəliyeva: “Musiqilərimiz getdikcə bayağılaşır”

Nigar Məmmədova

Yeni “ÜLKƏR” filmi gəlir!

Könül Kərimova

F.F.Xəlilova “Şöhrət” ordeni ilə təltif edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu