5 C
Baku
15 Yanvar 2025, 11:54
Baş xəbərDünya

Səki qəfil çökdü: Qadın 8 metrlik çuxurda yoxa çıxdı

Malayziyanın paytaxtı Kuala-Lumpurda səki çöküb. Bu zaman səki ilə gedən qadın dərinliyi 8 metr olan çuxura düşüb. Bir nəfər yıxılmaqdan çətinliklə xilas olub.

Malayziyanın paytaxtı Kuala-Lumpurda çox sayda insanın getdiyi səkidə 8 metr dərinliyində çuxur açılıb. Qəfildən çökən səki ilə gedən qadın çuxurda itib. Bu zaman çuxurun düz qırağında dayanan bir adam yapışaraq özünü çuxura düşməkdən son anda xilas edib.

Yerli polis rəsmisi Sulizmie Affendy Sulaiman bildirib ki, xilasetmə qrupları 8 metrlik çuxurun ətrafında ehtiyat barrikada qurdular. Paytaxtın Danq Vanqi rayonunda baş verən hadisədən sonra itkin düşən qadının tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Mikroavtobus minik avtomobili ilə toqquşdu: 9 nəfər yaralandı

Bugün TV

İran və İsrail arasında sui-qəsd təhlükəsi böhranı yaranıb

Bugün TV

“Bu gün tv” Uşaqların Beynəlxalq Müdafiəsi günündə onlarla birlikdə oldu – SORĞU – FOTO + VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu