19 C
Baku
8 Sentyabr 2024, 3:29
Kriminal

Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb

Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

Bugun.tv bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  açıqlamasında bildirib ki, hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Küllü miqdarda narkotik aşkarlandı

Teymur Əziz

Xeyli sayda çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Əsgərlər fələstinli yeniyetməni öldürdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu