34 C
Baku
26 İyul 2025, 22:01
Baş xəbər

“Sənət adamlarına diqqət və qayğı onlara böyük stimul verir”

Bugun.tv – xəbər verir ki, Mədəniyyət Nazirliyində Xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, Əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli Novruz bayramı münasibətilə onlara təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, görüşdə iştirak edən mədəniyyət xadimlərinin hər biri müvafiq sahələr üzrə ölkəmizdə və xaricdə yaxşı tanınır və Azərbaycan mədəniyyətini layiqincə təmsil edirlər.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradıcı insanların əməyinin daim yüksək qiymətləndirildiyini, yüksək dövlət təltiflərinə layiq görüldüklərini deyib.

Adil Kərimli mədəniyyətimizin sayılıb-seçilən imzalarından olan bu insanların fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən də təqdir edildiyini bildirib, onların Fəxri diplomla təltif olunduqlarını diqqətə çatdırıb.

Sonra nazirliyin Fəxri diplomları sahiblərinə təqdim olunub.

Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Polis minaya düşüb

Aynur Camal

Hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarıldı

Kəmalə Sultan

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu