Bugun.tv – xəbər verir ki, Rəşid Behbudov adına Teatrda Qazaxıstanın “Talantlar Aləmi” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirə Qazaxıstan və Rusiyadan da qonaqlar dəvət olunublar.
Müxtəlif yaş kateqoriyasından olan uşaqlar öz rəqs bacarıqlarını nümayiş etdiriblər. Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin xoreoqrafı Səlminaz Salmanova müsabiqə və nəticələrlə bağlı Bugun.tv-yə məlumat verib.

Bildirib ki, mərkəzin uşaqlarının müxtəlif nominasiyalar üzrə qatıldığı yarışda Caz Baleti üzrə – “Çəhrayı Pantera” rəqsi ilə 1-ci yeri, Klassik variasiya üzrə Dilbər Əhmədzadə 1-ci yeri, “Don Kixot” baletinin variasiyası üzrə 2-ci yeri qazanıblar.

Bununla yanaşı, mərkəzin azyaşlı üzvləri Səlminaz Salmanovanın xoreoqraf və rejissorluq etdiyi “Ləpələr” müasir balet üzrə 3-cü yerə layiq görülüblər.
Biz də Bugun.tv olaraq Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin bütün kollektivini və qalib olan uşaqları təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik!

