24 C
Baku
10 Sentyabr 2025, 8:19
Baş xəbərSiyasət

İlham Əliyev sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışdı

Prezident Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışıb.

“Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi”.

Bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

Mənbə: oxu.az

Aynur Camal

Oxşar xəbərlər

Çin sədri Si Cinpinin Rusiyada keçirilən BRİKS sammitində iştirakı təsdiqləndi

Aynur Camal

UÇQUNLAR ALTINDA NƏ QƏDƏR SAĞ QALMAQ OLAR?

Nigar Məmmədova

Saxta saytlarla vidalaşın: Google axtarış nəticələrinə mavi işarə gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu