Bugun.tv xəbər verir ki, Uşakın Banaz rayonunda sərnişin avtobusunun arxadan tomat pastası yüklü yük maşınına çırpılması nəticəsində 15 nəfər yaralanıb. Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edildi. Qəzada yaralanan avtobus sürücüsü və 11 sərnişin təcili yardımla Uşak, Kütahya və Afyonkarahisar xəstəxanalarına aparılarkən, 2 sərnişinə isə sağlamlıq qrupları tərəfindən təcili yardım maşınında tibbi yardım göstərilib. Uşak Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan bir nəfərin səhhətinin vəziyyətinin ağır olduğu öyrənilib.
TRT Haberin məlumatına görə, qəza səbəbiylə bağlanan yol qrupların təxminən 1 saatlıq işindən sonra tək zolaqdan yola açılıb.
Müxbir: Şəms Elnurqızı