4 C
Baku
14 Dekabr 2025, 19:12
Dünya

Sərnişin avtobusuna silahlı hücum: 8 nəfər ölüb

Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı hücum nəticəsində 8 nəfər həyatını itirib.

Qərbi Afrika ölkəsi Nigeriyada milli mətbuatda yer alan xəbərə görə, Taraba əyalətinin Takum-Vukari magistral yolunda naməlum silahlı şəxslər sərnişin avtobusuna silahlı hücum edib.

Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Türk Hava Yolları Kamboca paytaxtına ilk birbaşa uçuşlarını həyata keçirdi

Aynur Camal

Moskvaya uçan təyyarədə eniş zamanı mühərrik nasazlığı yarandı

Bugün TV

Neymar “Barselona”ya keçəcək?-AÇIQLAMA

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu