17 C
Baku
10 İyun 2025, 7:33
Baş xəbərDünya

Sərnişin təyyarəsi Malayziyaya məcburi eniş etdi

Bugun.tv xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Emirates Hava Yollarına məxsus sərnişin təyyarəsi, o cümlədən 12 İsrail vətəndaşı Malayziyaya məcburi eniş edib. Açıqlamada nazirliyin hava yolu şirkəti vasitəsilə təyyarədəki israilli sərnişinlərlə əlaqə saxlamağa çalışdığı, əlverişsiz hava şəraiti səbəbindən təyyarənin eniş etməli olduğu bildirilib. Qeyd olunub ki, təyyarə Malayziyada olarkən sərnişinlərdən təyyarədən enmələri tələb olunmayıb və təxminən 5 saatdan sonra uçuş-enmə zolağından çıxaraq yenidən havaya qalxıb. Malayziya hələlik mövzu ilə bağlı açıqlama verməyib. İsrail Xarici İşlər Nazirliyi Seychelles-Tel-Əvivə 128 İsrail sərnişini ilə hərəkət edən Air Seychelles şirkətinə məxsus təyyarənin “texniki problem” səbəbilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində məcburi eniş etdiyini açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Avstraliyadan Ukraynaya 100 milyon dollarlıq əlavə hərbi yardım!

Aynur Camal

Qarışqa qaçaqmalçıları 7700 dollar cərimələndi

Aynur Camal

20-ci Kral Kubokunu qazandılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu