Bugun.tv xəbər verir ki, New Zealand Herald-ın məlumat verib. Sidneydən Oklendə uçan Çilidə yerləşən Latam Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən havada olarkən güclü silkələnmə yaşayıb. Nəticədə 50-yə yaxın adam xəsarət alıb. Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib. 13 nəfər xəstəxanaya çatdırılıb.
Sərnişinlərdən biri texniki nasazlıq səbəbindən yaşanan şoku ani yıxılma ilə müqayisə edib. Latam Hava Yolları tərəfindən edilən şərhdə, “Təyyarə planlaşdırıldığı kimi Oklend Hava Limanına eniş etdi. Hadisədən bəzi sərnişinlər və kabin heyəti mənfi təsirləndi”. məlumat paylaşılıb.
Texniki nasazlıqla bağlı təfərrüatlara yer verilməyən şərhdə, hadisə ilə bağlı kədər ifadə edilib.
Mənbə trthaber
