Bugun.tv xəbər verir ki, Avstraliyanın Sidney şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura uçan Malaysia Airlines reysi sərnişinin təhdidedici davranışı səbəbindən geri qayıdıb.
Avstraliya Federal Polisi (AFP) rəsmiləri Sidney-Kuala Lumpur reysi ilə uçarkən özünə qəsd edəcəyini deyən 45 yaşlı sərnişinin insidentsiz yaxalandığını və cəmiyyət üçün heç bir təhlükə olmadığını açıqlayıb.
Səlahiyyətlilər bildiriblər ki, kimliyi açıqlanmayan şəxs barəsində cinayət işi gün ərzində tamamlanaraq ədliyyə orqanlarına təqdim olunacaq.
Malayziya Hava Yolları tərəfindən edilən açıqlamada, içərisində 194 sərnişin və 5 nəfərlik ekipajı olan təyyarənin havaya qalxdıqdan təxminən iki saat sonra qaydaları pozan sərnişinin davranışı səbəbiylə Sidneyə döndüyü açıqlanıb.