19 C
Baku
8 Sentyabr 2024, 4:15
Baş xəbərDünya

Şərqi Afrikada-Uqandada Eboladan 11 nəfər ölüb

Uqandada bu ay başlayan Ebola epidemiyası 11 nəfərin ölümünə səbəb olub. Bu barədə şənbə günü Keniyanın “Nation” qəzeti Uqanda Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Ainebyuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, daha 11 nəfərin qanında Ebola virusu aşkarlanıb, onların hamısı həkim nəzarətindədir. Bundan əvvəl Uqanda hakimiyyəti Ebola ilə bağlı 4 ölüm barədə məlumat vermişdi.

Bugün.tv TASS-a istinadən bildirir ki,  Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin baş verdiyini açıqlayıb. O, ölkənin mərkəzi hissəsindəki Mubende bölgəsində yaşayırdı. Bu günə qədər Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olan 58 nəfər müəyyən edilib. Uqandanın “Chimreports” xəbər portalı onlardan dördünün gizləndiyini və hazırda onlar üçün ölkə daxilində axtarış aparıldığını bildirib.

Uqandanın qonşuları Keniya və Tanzaniya bölgədə Ebola virusunun yayılmasının qarşısını almaq üçün təcili olaraq xarici sərhədlərində əlavə sanitar nəzarət tədbirləri görüblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandadakı hazırkı epidemiyanın Ebola virusunun nadir Sudan ştamından qaynaqlandığını açıqlayıb.

Aynur Camal

Oxşar xəbərlər

Nəsli kəsilməkdə olan iki qırmızı pandanın yeni balası olub

Aynur Camal

Diplomatlar Fələstin Muxtariyyətinin rəhbərliyinin dəyişdirilməsini müzakirə edirlər – NYT

Aynur Camal

ABŞ-da aldığı meyvə şirəsini geri qaytaran adamın həyatı dəyişdi: 315 milyon dollar uddu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu