8 C
Baku
22 Dekabr 2025, 0:51
Baş xəbərKriminal

Sərxoş vəziyyətdə mağaza yandıran qohumlar saxlanıldı

Bugun.tv DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan istinadən xebər verir ki, ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub. Hadisə Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində baş verib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmiraslanov və yeniyetmə qohumu saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ukraynanın öldüyünü iddia etdiyi rus komandir Sokolov sağdır

Teymur Əziz

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

Bugün TV

Xankəndi-Laçın yolundan 451 avtomobil maneəsiz keçid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu