21 C
Baku
15 Mart 2025, 12:37
Dünya

Səudiyyə Ərəbistanı Suriya administrasiyasının sülhün qorunması istiqamətində gördüyü tədbirlərdən razıdır

Səudiyyə Ərəbistanı Suriya hökumətinin ölkədə vətəndaş sülhünün qorunması üçün gördüyü tədbirləri alqışlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriya rəhbərliyinin ölkənin şimal-şərqinə inteqrasiyasını nəzərdə tutan müqavilənin imzalanmasının müsbət qarşılandığı bildirilib.

SURİYAYA DƏSTƏK BƏYANATI

Açıqlamada Suriya rəhbərliyinin ölkədə vətəndaş sülhünün qorunması üçün həyata keçirdiyi tədbirlər təqdir edilib, dövlət qurumlarının tikinti prosesinin təhlükəsizlik və sabitliyi təmin edəcək və Suriya xalqının gözləntilərini qarşılayacaq şəkildə tamamlanması üçün göstərilən səylərə diqqət çəkilib.

Bəyanatda Səudiyyə Ərəbistanının Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünə tam dəstək verdiyi bir daha vurğulanıb.

Suriya Rəyasət Heyətinin X hesabında edilən paylaşımda prezident Əhməd Şəra ilə Ferhad Abdi Şahin arasında Suriya torpaqlarının birliyini vurğulayan və bölünməni rədd edən razılaşmanın imzalandığı bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Netanyahu plan təqdim etdi

Könül Kərimova

F.Dönməz: “Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması planları bir il ərzində reallaşacaq”

Nigar Məmmədova

İmmiqrantları daşıyan qayıq batıb: 4 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu