Səudiyyə Ərəbistanında çox məşhur olan dəvə gözəllik yarışmasında qalmaqallı hadisə yaşanıb. 27 dəvənin dodaq, burun, çənə və başının digər hissələrinə botoks iynəsi vurulduğu müəyyən edilib. Heyvan haqları müdafiəçiləri ayağa qalxarkən dəvə sahiblərinə ağır cəzalar verildi.
Kral Əbdüləziz Dəvə Festivalına hər il bütün Körfəz Bölgəsindən dəvəçilər böyük maraq göstərir və burada cəmi 66 milyon dollar mükafat paylanır. Dəvələrin uzun və aşağı dodaqlı, iri burunlu və formalı donqarlı olması gözlənilən yarışmada bəzi iştirakçıların bu kriteriyalara uyğun gəlmək üçün dəvələrinə qeyri-qanuni estetik müdaxilələr etdiyi üzə çıxıb.
Sputnik-in xəbərinə görə; Müsabiqədə rentgen və 3D ultrasəs kimi texnoloji üsullarla ən azı 40 dəvədə botoks və digər estetik prosedurlar aşkar edilib. Dəvələr və onların sahibləri yarışdan kənarlaşdırılıb və ağır cərimələrə məhkum ediliblər.
Heyvan haqları müdafiəçiləri bu vəziyyəti “heyvanlara qarşı amansızlıq” kimi qiymətləndirsələr də, Peta Asiya vitse-prezidenti Ceyson Baker “Heyvanı estetik müdaxilələrə məruz qoymaq çox zalımdır” deyib.
Bildirilir ki, bu cür təcrübələr Səudiyyə Ərəbistanında keçirilən dəvə gözəllik müsabiqələrinin legitimliyini şübhə altına alır.
Yarışın təşkilatçısı olan “Camel Club” dəvələrin gözəlləşdirilməsinə yönələn hər cür müdaxilə və saxtakarlığa son qoymaqda qərarlı olduqlarını bildirərək, manipulyatorlara ağır cəzalar verildiyini açıqlayıb.
Mənbə: TGRT