11 C
Baku
3 Dekabr 2025, 7:36
Digər

Səudiyyə Ərəbistanının səfiri ilə Milli Məclis deputatlarının görüşü keçirildi — Ceyhun Məmmədov açıqlama yaydı

Bugun.tv– xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri İssam bin Saleh əl-Cuteylinin təşəbbüsü ilə Milli Məclisin Azərbaycan–Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və təhsil sahələrində inkişaf edən əməkdaşlıq münasibətləri müzakirə olunub. Tərəflər bildiriblər ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr dövlət başçıları Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləziz Əl Səudun xüsusi diqqəti sayəsində daha da möhkəmlənir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü, 120 saylı Cəbrayıl–Qarabağ–Şərqi Zəngəzur seçki dairəsinin təmsilçisi Ceyhun Məmmədov görüş barədə paylaşım edərək bildirib ki, belə tədbirlər ölkələr arasında etimada əsaslanan əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Deputat qeyd edib ki, müzakirələr zamanı regionda sabitliyin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və parlamentlərarası dialoqun gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə yeni reallıqlar yaradaraq əməkdaşlıq üçün daha əlverişli mühit formalaşdırır.

Aynur Camal

Oxşar xəbərlər

Sabah 37 dərəcə isti olacaq

BuGün TV

Niger nəhəng Mars meteoritinin satılması üzrə təhqiqat aparmağı tələb edir

Bugün TV

Bakının mərkəzi yolunun bir hissəsi bağlanıb Sürücülərin nəzərinə!-XƏRİTƏ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu